Avq 27, 2023 14:40 Asia/Baku
  • Putin «Vaqner» qüvvələrinə Rusiya hökumətinə vəfadarlıq əmrini verib

Özəl hərbi qrup sayılan «Vaqner»in komandrinin ölümündən sonra Rusiya prezidenti Vladimir Putin bu qrup qüvvələrinə Rusiya hökumətinə vəfadarlıq andını imzalamaq əmrini verib.

Qeyd edək ki, Qərb/ Priqojinin/ Putinin əmrilə öldürüldüyünə təkid etsə də, Kreml onu «ağ yalan» adlandırıb. Putin də məhz ondan sonra sözügedən əmrin verildiyi fərmanı «təcili icra» adı altında imzalayıb.

Putinin «Vaqner» qüvvələrindən və digər özəl hərbi podratçılardan icbari and tələbi, bu qrupların Rusiya hökuməti tərəfindən daha güclü surətdə nəzarətə alınmaları istiqamətində aşkar şəkildə atılan bir addımdır.

Teqlər