İtaliyanın keçmiş baş naziri:
NATO-nun Ukrayna strategiyası iflasa uğradı
Avq 27, 2023 15:51 Asia/Baku
İtaliyanın keçmiş baş naziri Cüzeppe Konte NATO-nun Ukrayna strategiyasının iflasa uğradığını deyib.
“NATO-da indiyədək Ukraynaya daimi hərbi təchizat və eskalasiya məntiqinə əsaslanan strategiya Rusiyanın istənilən hərbi məğlubiyyətinə səbəb olmayıb”, - Konte bildirib.
Onun sözlərinə görə, rus ordusunun məğlubiyyəti və hərbi hissələrinin darmadağın edilməsi olmadı. Üstəlik, Ukraynanın əks-hücum cəhdi zamanı da Rusiya geri çəkilmədi:
“Bundan başqa, Rusiya əleyhinə sanksiyalar ölkənin müflisləşməsinə səbəb olmadı və iqtisadiyyatını sarsıtmadı. Qərb də Rusiyanı təcrid edə bilmədi, bunu yenicə yekunlaşan BRİKS sammiti sübut etdi”, İtaliyanın keçmiş baş naziri Cüzeppe Konte fikirini tamalayıb.