Avq 28, 2023 11:53 Asia/Baku
  • “NATO-nun Ukrayna strategiyası iflasa uğradı”

İtaliyanın keçmiş baş naziri Cüzeppe Konte NATO-nun Ukrayna strategiyasının iflasa uğradığını bəyan edib.

C.Konte deyib: “NATO-da indiyədək Ukraynaya daimi hərbi təchizat və təzyiqləri artırmaq məntiqinə əsaslanan strategiya Rusiyanın istənilən hərbi məğlubiyyətinə səbəb olmayıb”.

Onun sözlərinə görə, rus ordusunun məğlubiyyəti və hərbi hissələrinin darmadağın edilməsi olmadı. Üstəlik, Ukraynanın əks-hücum cəhdi zamanı da Rusiya geri çəkilmədi: “Bundan başqa, Rusiya əleyhinə sanksiyalar ölkənin müflisləşməsinə səbəb olmadı və iqtisadiyyatını sarsıtmadı. Qərb də Rusiyanı təcrid edə bilmədi, bunu yenicə yekunlaşan BRİKS sammiti sübut etdi”.