Avq 28, 2023 12:06 Asia/Baku
  • Fransa Laçın dəhlizini yaracağına ümid edir

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Fransanın "Le Fiqaro" jurnalının direktor müavini Jan-Kristof Buisson isə bu barədə öz Twitter hesabında yazıb ki, Fransadan 10 ağır yük maşınından ibarət humanitar karvan avqustun 30-da Qarabağa tərəf yola düşəcək.

O qeyd edib ki, yük Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının köməyi ilə yığılıb. Yükü Fransanın bir sıra regionlarının nümayəndələri müşayiət edəcək. Nümayəndə heyətinə Parisin meri rəhbərlik edəcək. Nümayəndə heyətinə Marsel və Strasburq merləri, həmçinin Fransanın bir sıra regionlarının rəhbərləri də daxildir.

Xatırladaq ki, Fransa BMT Təhlükəsizlik Şurasının “Laçın dəhlizinin blokadadan çıxarılması haqqında” qətnamə layihəsini hazırlayır.

Bu günlərdə isə Fransa prezidenti açıq şəkildə Laçın dəhlizinin blokadada saxlanmasını qınayıb.