Avq 29, 2023 16:37 Asia/Baku
  • Duma deputatı: Krıma görə Qərb də cavab verəcək

Krıma qarşı təcavüzə görə Ukrayna ilə birlikdə Qərb dövlətləri də cavab verəcək.

Bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın müttəfiqlərin Kiyevə Krıma zərbələr endirməyə icazə verməsilə bağlı açıqlamasına cavab verərkən deyib.

O xəbərdarlıq edib ki, Krıma qarşı təcavüzə görə Ukrayna ilə yanaşı Qərb dövlətləri də cavab verəcəklər.

“Rusiyanın cavab verə və düşmənlərini təəccübləndirə biləcək güclü vasitələri var. Bəlkə də Rusiyanın bütün rus xalqının düşmənlərini nüvə silahı olmadan məhv etməyə qadir olan ən güclü ballistik raketlərini nümayiş etdirməsinin vaxtı çatıb. Kimlər ki, rusların həyat və sağlamlığını təhdid edir, onları yuvasında məhv etmək lazımdır”, - deyə rusiyalı parlamentar əlavə edib.