Liviyanın kənarlaşdırılmış xarici işlər naziri İstanbuldan Londona qaçıbmı?
Media mənbələri Türkiyəyə qaçan Liviyanın kənarlaşdırılmış xarici işlər nazirinin İstanbuldan Londona getdiyini iddia ediblər.
Ötən gün sionist rejimin xarici işlər naziri Eli Koenlə İtaliyanın paytaxtı Romada görüşdüyü üçün vəzifəsindən kənarlaşdırılan Liviyanın xarici işlər naziri Nəcla Əl-Mənquşun Türkiyəyə qaçması ilə bağlı xəbər yayan Liviyanın "Bəvab Əl-Vəsət" portalı onun günorta saatlarında İstanbuldan Londona yola düşdüyünü bildirib.
Sionist rejimin Xarici İşlər Nazirliyi ötən həftə Liviya xarici işlər nazirinin sionist həmkarı ilə İtaliyada gizli görüşünün xəbərini dərc etməklə Liviya xalqı və siyasi qurumlarının qəzəbinə səbəb olub və etirazçılar Liviyanın Əl-Zaviyə və Tacura şəhərlərində sionist rejimin bayraqlarını yandırıblar və liviyalı istifadəçilər də sosial şəbəkələrdə bu görüşü pisləyib, bunu vətənə xəyanət kimi qiymətləndiriblər. İş o yerə çatıb ki, Liviyanın Milli Birlik Hökumətinin başçısı xarici işlər naziri Nəcla Əl-Mənquşu vəzifəsindən uzqlaşdırıb və onu istintaqa göndərib.