Sen 02, 2023 21:32 Asia/Baku
  • Polyanski:

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini deyib ki, biz dəfələrlə və ardıcıl olaraq xəbərdarlıq etmişik ki, vəziyyət tamamilə təhlükəlidir və Rusiya ilə NATO arasında birbaşa münaqişə riski var.

İndiyədək NATO və Ukraynanın digər qərb tərəfdarları bu ölkəyə 160 milyard dollardan çox hərbi yardım və silah göndərib və milyonlarla Ukraynalı qaçqını və müharibə qurbanını öz ölkələrinə qəbul etməyə məcbur olublar.

Polianski X sosial şəbəkə istifadəçiləri (keçmiş Twitter) ilə canlı söhbətdə jurnalist Taker Karlsonun iki ölkə arasında hərbi münaqişənin mümkünlüyü ilə bağlı açıqlamaları ilə bağlı deyib ki,  ABŞ-ın aqressiv hərəkətləri sonunda Rusiya ilə NATO arasında birbaşa qarşıdurmaya səbəb ola bilər. 

Rusiyalı diplomatın sözlərinə görə, ABŞ uzun illərdir ki, müharibə alovu kimi tanınır.

Polianski qeyd edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı "Ukraynadakı müharibədə ciddi şəkildə iştirak edir" və silah və sursatla yanaşı, Qərb ölkələrinin Ukraynaya öz qoşunlarını göndərməyəcəyinə və bəzi konkret addımlarda iştirak etməyəcəyinə əmin olmaq mümkün deyil. 

Qeyd edək ki, Ukraynada müharibə Qərbin Moskvanın təhlükəsizlik məsələlərinə əhəmiyyət verməməsi və NATO qüvvələrinin Rusiya sərhədlərinə yaxın ərazilərə genişlənməsi səbəbindən başlayıb.

Avropa və Qərb ölkələri, xüsusən də ABŞ Rusiya Federasiyasına qarşı sanksiyaların təzyiqini gücləndirərək, Kiyevə hər cür yüngül və ağır silahlar verməklə, Ukraynada müharibənin sona çatması istiqamətində nəinki addım atmamış, bəlkə əksinə gərginliyi artlrmaqla bu ölkədə qarşıdurmaların alovlanmasına əsas səbəbkar tərəf kimi çıxış etmişdir. 

Xatırladaq ki, Rusiya rəsmiləri, bəzi Qərb ekspertləri və mediası Ukraynadakı müharibəni Qərblə Rusiya arasında proksi-savaş müharibəsi kimi qiymətləndirmişlər.

 

Teqlər