ABŞ Qarabağ məsələsini diqqət mərkəzində saxlayır
Konqresdə Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək
ABŞ Konqresinin İnsan Haqları Komitəsində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcəyi barədə xəbər yayılıb.
Dinləmələr sentyabrın 6-da təşkil olunacaq və Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış vəziyyət müzakirə ediləcək.
Bildirilir ki, avqustun 7-də hesabat hazırlayan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo da dinləmələrdə ekspert rəyini verəcək.
Dinləmələr komissiyanın internet saytında yayımlanacaq.
Bu arada konqresmen Frank Pallone Əliyevi ermənilərə qarşı etnik təmizləmə kampaniyasını dərinləşdirməkdə ittiham edərək onu qınayıb.
Pallone bu barədə X sosial şəbəkəsi üzərindən yaydığı paylaşımında öz fikirlərini açıqlayıb: “Bu gün Azərbaycan qüvvələrinin ölümcül hücumları və həftənin əvvəlində günahsız erməni tələbələrə qarşı vəhşilik Əliyevin Laçın blokadasından Artsaxdakı erməniləri qorxutmaq və hədəfə almaq üçün istifadə etdiyinin bir daha sübut edir. O, ermənilərə qarşı etnik təmizləmə kampaniyasını dərinləşdirir”, - deyə Pallone yazıb.