Peskov Ukrayna müharibəsindən danışdı:
“ABŞ son ukraynalıya qədər savaşı davam etdirəcək”
Sen 07, 2023 16:38 Asia/Baku
Kremlin rəsmi nümayəndəsi bildirib ki, ABŞ Kiyev rejimini son ukraynalıya qədər münaqişəni davam etdirməyə məcbur edir.
Dmitri Peskov brifinqdə deyib: “Qərbin Kiyev rejiminə sponsorluğu davam etdirmək istəyi ilə bağlı dəfələrlə bəyanatları Ukraynanın münaqişə vəziyyətində qalmaqda davam edəcəyi anlamına gəlir. Başqa sözlə desək, onlar Ukraynanı faktiki olaraq müharibə vəziyyətində saxlamağı dəstəkləməyə və bunun üçün heç bir pul əsirgəmədən bu müharibəni son ukraynalıya qədər aparmağa davam edəcəklər”.
Kremlin rəsmi nümayəndəsi əlavə edib ki, Vaşinqtonun bu mövqeyi xüsusi hərbi əməliyyatın gedişatına təsir göstərə bilməyəcək.