İrəvanın “qeyri-dost addımlarına” etirazı bildirilib
https://azeri.sahartv.ir/news/dünya-i403400-İrəvanın_qeyri_dost_addımlarına_etirazı_bildirilib
Ermənistan səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, İrəvanın “qeyri-dost” hərəkətləri fonunda ona sərt münasibət bildirilib və etiraz notası göndərilib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 09, 2023 10:56 Asia/Baku
  • İrəvanın “qeyri-dost addımlarına” etirazı bildirilib

Ermənistan səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, İrəvanın “qeyri-dost” hərəkətləri fonunda ona sərt münasibət bildirilib və etiraz notası göndərilib.

 Rusiya Xarici işlər nazirliyi qeyri-dost addımlar arasında Roma Əsasnaməsinin ratifikasiyasını və ABŞ-la təlimləri sadalayıb, həmçinin İrəvanın KTMT ilə əlaqələrin zəruriliyinə dair şübhələrini qeyd edib.

Nazirlik həmçinin baş nazirin həyat yoldaşının Kiyevə səfərinə və  -onun ifadəsilə desək - faşist rejiminə humanitar yardımın ötürülməsinə etirazını bildirib.

Bundan əlavə, XİN Ermənistan hakimiyyəti arasında “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində və Rusiya ilə ikitərəfli əsasda müttəfiqlik əlaqələrinin məqsədəuyğunluğuna dair müəyyən şübhələrin” yaranmasına diqqət çəkib.

Rusiya həmçinin Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyanın daha əvvəl Rusiya rəsmi nümayəndəsi Mariya Zaxarovanı “filan idarənin katibəsi” adlandıran bəyanatlarına görə şikayətlənib.