Sen 09, 2023 15:01 Asia/Baku
  • Ukrayna savaşının yaxın gələcəkdə bitməsi üçün bir perspektiv yoxdur

Moskva və Kiyevin güc yolu ilə öz hədəflərinə çatmaq ardınca olduqları bir şəraitdə, yaxın gələcəkdə Ukraynadakı döyüşlərə son qoymaq üzrə dinc həll yoluna nail olmaq üçün bir ümid yoxdur.

Bunu, BMT baş katibi- Antonio Quterreş, Yeni-Dehlidə 20-lər qrupunun sammiti başlanmazdan öncə keçirilən mətbuat konfransında söyləyib.

Rusiya və Ukraynanın hələ döyüşləri davam etdirmək əzmində olduqlarını nəzərə çarpdıran Quterreş qeyd edibdir ki, yaxın gələcəkdə müharibənin başa çatması üçün bir dinc həll yolunu təsəvvür etmək olmaz.

Quterreşin sözlərinin fonunda qeyd edək ki, «Russia Today» informasiya kanalının vebsaytı/ Ukraynanın/ ötən aylarda Rusiyanın müdafiə xətlərini sındırmaq üzrə səy istiqamətində 66 min qüvvə və 7600 ağır hərbi texnikadan istifadə etdiyini bildirib.

Belə bir halda, Rusiya müdafiə nazirliyi dünən bildiribdir ki, bir gün ərzində/ Ukrayna hərbçilərinin Xerson, Liman, Zaporojye, Kupyansk, Cənubi Donetsk istiqamətlərində Rusiya qüvvələrinin mövqelərinə qarşı azı 21 hücum əməliyyatı dəf edilib.

Nazirlik sonra qeyd edibdir ki, rus qüvvələrin Kiyev ordusunun sözügedən istiqamətlərdəki hücumları ilə mübarizəsi gedişində 630-dan çox ukraynalı hərbçi öldürülüb və onların hərbi texnikasının böyük bir hissəsi məhv edilib.

Ukrayna müharibəsi bütün geniş siyasi, hərbi, iqtisadi, ictimai və hətta mədəni nəticələrilə/ davam etməkdədir.

Amerika xüsusiyyət təşkil etməklə Avropa və Qərb ölkələri/ Rusiyaya qarşı sanksiyalar təzyiqini kəskinləşdirmək və Kiyevə müxtəlif tipli yüngül və ağır silahlar təqdim etməklə nəinki Ukrayna müharibəsinə son qoymaq istiqamətində bir addım atmayıblar, əksinə/ bu ölkədəki döyüş alovunu daha da qızışdırıblar.