Rusiya İran və Azərbaycanla birgə elektrik şəbəkəsi yaratmağa çalışır
Rusiya energetika naziri ölkəsinin birgə elektrik şəbəkəsinin yaradılması barədə İran və Azərbaycanla müzakirələr aparmaqda olduğunu təsdiq edib.
Nikolay Şulginov dünən axşam deyibdir ki, Rusiya üç yüz meqavat elektrik enerjisinin Azərbaycan və Ermənistan əraziləri vasitəsilə İrana ixrac edilməsi imkanı barədə Tehran və Bakı ilə müzakirələr aparmaqdadır.
Hazırda sadəcə/ elektrik enerjisinin Azərbaycan ərazisi vasitəsi ilə Ermənistana, oradan da İrana və bəlkə də digər ölkələrə ixracat imkanını araşdırmaqdayıq- deyə, Şulginov bildirib.
Moskva mövcud infrastrukturlardan istifadə sahəsində ilk mərhələdə Tehran və Bakı ilə razılığa gəlib- deyən Rusiya energetika naziri qeyd edibdir ki, hal-hazırda üç yüz meqavat həcmində elektrik enerjisinin təmini barədə söhbət edilir.
Bundan qabaq İran energetika naziri Əli-Əkbər Mehrabiyan demişdi ki: Tehran tezliklə Azərbaycan vasitəsilə Rusiya ilə elektrik enerjisi mübadiləsinə başlayacaq.
İran Rusiya ilə elektrik enerjisi mübadiləsi üçün biri- Azərbaycan, digəri isə Ermənistan və Gürcüstan olmaqla iki yolu araşdırmaqdadır.
Xarici medialar bundan öncə İranın ötən on ildə Çinə neft ixracatının misli görünməmiş bir rekorda çatdığını bildirmişdilər.