Kevin Makkarti Co Baydenə impiçment elan edilməsini tələb etdi
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti çərşənbə axşamı qanunvericilərdən ABŞ prezidentinə impiçment elan etmək məqsədi ilə oğlu Hunterin xarici biznes sövdələşmələrində Co Baydenin ehtimal edilmiş iştirakı ilə bağlı araşdırma başlatmağı xahiş edib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı spikeri bildirib ki, “Nümayəndələr Palatasının əlavə araşdırmasını tələb edən vəzifə səlahiyyətlərindən sui-istifadə, maneələr və korrupsiya ittihamları olub və biz dəlillərə əsaslanaraq bu araşdırmanı davam edəcəyik”.
ABŞ prezidentinin hərəkətlərinə qarşı “ciddi və etibarlı iddiaların” olduğunu bildirən Makkarti əlavə edib ki, “Biz, prezident Bayden ailəsinin xarici biznes əməliyyatları ilə bağlı Amerika xalqına yalan danışdığının şahidi oldu. "Şahidlər prezidentin bir neçə işgüzar telefon danışıqlarında iştirak etdiyini və bu sahəyə çoxlu müdaxilələr etdiyini bildiriblər. Əgər bu ittihamlar bir araya gələrsə, korrupsiya halının baş verməsi ortaya çıxması ilə yanaşı, bunun fonunda bütün hadisələrin detalları müəyyənləşəcəkdir.
Makkarti həmçinin iddia edib ki, Co Bayden bu əlaqələri yaratmaq üçün prezident postundan istifadə edib və hökumətinin imkanlarından xüsusi yararlanmışdır.
Qeyd edək ki, bu impiçment planı, vergidən yayınmada və xarici biznes əlaqələrində maliyyə korrupsiyasında ittiham olunan Co Baydenin oğlu Hunter Baydenə qarşı federal istintaqın davam etdiyi bir vaxta təsadüf edir.
Ağ Evin sözçülərindən biri Yan Sams Nümayəndələr Palatası sədrinin sözü gedən tələblərinə cavab olaraqvə “X” səhifəsində yazıb ki, “Respublikaçılar 9 ildir ki, prezident əleyhinə araşdırma aparır və sübut axtarırlar. Lakin indiyə qədər heç bir sənəd təqdim ediməmişdir. Bunu respublikaçıların özləri də etiraf ediblər”.
Xatırladaq ki, respublikaçılar 9 ay əvvəldən ABŞ Nümayəndələr Palatasında çoxluğu ələ keçirildiyini nəzərə alsaq Nümayəndələr Palatasında impiçment məqsədi ilə istintaq planının işə salınması ABŞ prezidentinin vəzifədən kənarlaşdırılması üçün ilk addım olacaq.
Bununla yanaşı qeyd edilmiş planın Nümayəndələr Palatasının açıq mərtəbəsində təsdiqləmək üçün respublikaçılara sadə səsvermə lazımdır və belə bir səsvermə alınarsa, impiçment planı rəsmi olaraq Senata təqdim olunacaq. Bu impiçment Senatda qəbul olunarsa, senatorların ən azı üçdə ikisi (100 senator) Co Baydenin vəzifədən kənarlaşdırılmasının lehinə səs verməli olacaqlar.
Senatın hazırkı tərkibi demokratların xeyrinə 51-ə 49-dur