Heç vaxt İrana hücum təklifini verməmişəm
Amerika silahlı qüvvələrinin baş qərargah rəisi bu ölkənin sabiq prezidentinin İrana hərbi hücum planları ilə razılığa dair iddiasını rədd edib. Vurğulayıb ki, bu vəzifədə xidmət etdiyi müddətdə heç vaxt belə bir göstəriş verməyibdir.
Trampın prezidentliyinin son on altı ayında Amerika silahlı qüvvələrinin baş qərargah rəisi olmuş ordu generalı Mark Milli “CNN” telekanalının aparıcısı Fərid Zəkəriyanın suallarını cavablandırarkən bu ölkənin sabiq prezidenti Donald Trampın və onun ofisinin başçısı olmuş Mark Medouzun işarə edilən iddialarını qətiyyətlə təkzib edib.
Sizi əmin edə bilərəm ki, indiyə kimi, bir dəfə olsun belə, İrana hücum təklifini verməmişəm- deyə, general Mark Milli bildirib.
Bu amerikalı hərbçi belə izahat sərgiləyib: Mən onların/ barəsində danışdıqları sənədin nə olduğunu bilmirəm... Amma sizi əmin edə bilərəm ki, İrana hərbi hücum, son dərəcə ciddi hərəkət olub, zarafat götürən bir məsələ deyildir.
Xüsusi istintaq qrupunun iyul ayında Trampa qarşı tənzim etdiyi ittihamnamədə deyilir ki, o, son dərəcə gizli bir sənədi qəsdən öz yanında saxlayıbmış. Həmin sənəddə “bir xarici ölkəyə qarşı hərbi addım planı” barədə yazılıbmış. CNN, həmin ölkənin İran olduğunu bildiribdir.
Mark Medouz da öz kitabında bir iclas və bir sənədə işarə və iddia edir ki, Milli/ Trampdan İrana bir dəfədən çox hücum etməsini istəsə də, ABŞ-ın sabiq prezidenti buna qarşı çıxıbmış.
Mark Milli/ bir hissəsi yayılan, tam şəkildə isə bazar günü efirə gedəcək CNN İlə müsahibəsində belə deyib: Medouzun nə yazdığını bilmirəm, amma qətiyyətlə sizə deyirəm ki, heç vaxt İrana qarşı geniş hücumu tövsiyə etməmişəm.
CNN vebsaytının yazdığına görə, o, əlavə edib: Bu işi görmək üçün məncə, nəzərəçarpacaq dərəcədə təhlükəyə yol verməyə ehtiyac var. Çünki ola bilsin, şəraitə əsasən, istər-istəməz, onu qəbul edək, amma həmin hissə baş vermədi. Medouzun hansı istinadlar etdiyini dəqiq şəkildə bilmirəm, lakin sizi əmin edə bilərəm ki, mən nə etdiyimi bilirəm və bu, İrana hücum tövsiyəsi olmayıbdır.