Təhlükəsizlik Şurası islah edilməlidir
Süni intellektin genişlənməsinə nəzarət üzrə beynəlxalq təşkilat yaradılmalıdır
BMT baş katibi bu təşkilatın Baş Assambleyasının sessiyasında etdiyi çıxışında Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq orqanların strukturlarının islah edilməsi, həmçinin süni intellektin genişlənməsinə nəzarət üzrə beynəlxalq təşkilatın yaradılmasını istəyib.
Antonio Quterreş BMT Baş Assambleyasının 78-ci sessiyasının başlanğıcında bildirib ki, beynəlxalq orqanların islah edilməsinə diqqətsizlik, ixtilafları qızışdıracaq.
O, əlavə edib: Beynəlxalq maliyyə orqanları real formada beynəlmiləl olmalıdırlar ki, inkişaf etməkdə olan ölkələrin iqtisadi problemlərinin həllinə kömək edə bilmiş olsunlar.
O, həmçinin dünyada süni intellektin genişlənməsinə nəzarət üçün/ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə bənzər beynəlxalq orqanın yaradılması və bu sahədə bütün ölkələrə məlumatın təqdim edilməsini istəyib.