Sen 29, 2023 12:36 Asia/Baku
  • İrandan Rusiyaya raket satışı haqda faktlar mövcud deyil

Ukrayna prezidenti bildirib ki, İrandan Rusiyaya raket satışı haqda təsdiq edilmiş heç bir fakt mövcud deyildir.

Vladimir Zelenski Kiyevdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra belə vurğulayıb: Bizim kəşfiyyat xidmətlərinin məlumatlarına əsasən, bu günədək Rusiyaya heç bir İran raketi satılmayıbdır.

Bizim kəşfiyyat xidmətlərimiz bu sahədə müttəfiq ölkələrin rəsmilərilə daimi əlaqə və anlaşmadadırlar- deyə, Zelenski əlavə edib.

Avropa və Amerika ötən aylarda daim İran İslam Respublikası tərəfindən Rusiyaya hərbi silah və PUA-ların göndərildiyini iddia ediblər və bu iddia Qərb mediaları tərəfindən şiddətləndirilibdir.

İran xarici işlər naziri daim bildiribdir ki, İran raketlərinin Ukraynaya qarşı işlədilmək üçün Rusiyaya göndərilməsi iddiası əsassız bir iddiadır.

Hüseyn Əmir-Abdullahiyan həmçinin vurğulayıbdır ki, İran Rusiya-Ukrayna müharibəsinin dayandırılması və tərəflərin müzakirələrə geri dönmələrini istəyir.

Rusiyaya verdiyimiz pilotsuz uçuş aparatları Ukrayna müharibəsindən öncəki aylara aiddir və əgər Rusiyanın müharibədə/ İran pilotsuzlarından Ukraynaya qarşı istifadə etməsi bizə sübut olarsa, ona laqeyd qalmayacağıq.