Donetsk və Luqanskın yenidən Rusiyaya ilhaq edilməsi sənədi imzalanıb
Rusiya prezidenti bir sənəd imzalayıb. Bu sənəddə Donetsk və Luqanskın yenidən Rusiyaya ilhaq edildiyi qeyd olunur.
Rusiyanın milli günləri qanununda aparılan düzəlişlərə əsasən, otuz sentyabr- Donetsk və Luqanskın yenidən Rusiyaya ilhaq edilməsi günü, bu ölkədə milli bayram günü və ümumi tətil elan edilib.
Donetsk və Luqansk bölgələrinin yenidən Rusiyaya qatılması və ittifaq gününün təsis edilməsi, həmçinin Xerson və Zaporojye bölgələrilə ittifaq sənədi, Putin tərəfindən sentyabrın on ikisində bu ölkə parlamentinin yuxarı palatasına təqdim olunub. Rusiya Duması sözügedən qanunu sentyabrın on doqquzunda, Federasiya Şurası isə sentyabrın iyirmi beşində qəbul ediblər.
Ria Novosti saytının yazdığına görə, 2022-ci il sentyabrın iyirmi üçündən iyirmi yeddisinədək keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, bu bölgələrin sakinləri Rusiyaya ilhaq edilmənin lehinə səs veriblər.