Sen 30, 2023 17:06 Asia/Baku
  • ABŞ dövlətinin tətilə çıxması ehtimalı daha da artdı

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı radikal respublikaçılar cümə günü, sentyabrın 29-da öz liderləri Kevin Makkartinin ABŞ hökumətini müvəqqəti maliyyələşdirmə planını rədd ediblər.

Qeyd edək ki, Nümayəndələr Palatası bu təklifi 232 əleyhinə, 198 lehinə səslə rədd edib. Bu plan qanunvericilərə danışıqlar aparmaq üçün daha çox imkan verməklə hökumətə 30 günlük büdcə təqdim edib. 21 radikal respublikaçının verdiyi mənfi səslə bu planın rədd edilməsinə səbəb olub.

Nümayəndələr Palatasının Respublikaçı spikeri Kevin Makkarti sponsorluq etdiyi planın uğursuzluğa düçar olmasından sonra jurnalistlərə deyib ki, “Hər şey bitməyib, mənim başqa fikirlərim də var”.

ABŞ Maliyyə Naziri Canet Yellen cümə günü deyib ki, hökumətin bağlanması kiçik biznes və uşaqlar üçün əsas proqramları məhv etməklə ABŞ-ın iqtisadi tərəqqisini "baltalayacaq" və əsas infrastruktur təkmilləşdirmələrini gecikdirə bilər.

Əgər bu baş verərsə, bu, ABŞ hökumətinin son on ildə dördüncü bağlanması olacaq və oxşar çıxılmaz vəziyyətin federal hökuməti 31 trilyon dollarlıq borcunu ödəməyə bir neçə gün qalmış tərk etməsindən cəmi dörd ay sonra baş verəcək.

 

 

Teqlər