Rəsmi İslamabad sionist rejimi tanımaqdan çəkinir
Pakistan İsrail ilə münasibətlərini normallaşdırmayacaq
Okt 02, 2023 13:23 Asia/Baku
Pakistanın xarici işlər naziri Fələstinin işğalının davam etməsi səbəbindən İslamabadın digər ölkələri təqlid etməyəcəyini və İsrail rejimi ilə münasibətlərini normallaşdırmayacağını söyləyib.
Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilani deyib: “Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququ məsələsi İslamabad üçün Hindistan və Pakistanın iddia etdiyi ərazi olan Kəşmir məsələsi qədər vacibdir”.
Müşahidəçilərin dediyinə görə, Pakistan hökuməti öz xalqının rəyini nəzərə alaraq belə mövqe sərgiləyir.
Xatırladaq ki, pakistanlılar müxtəlif münasibətlərdə, o cümlədən Ümumdünya Qüds Günündə terror dövləti olan İsrailin əleyhinə olduğunu nümayiş etdirir, onun Fələstin xalqına qarşı cinayətlərini qınayır.