Okt 03, 2023 14:35 Asia/Baku
  • Lavrovdan növbəti Ermənistan bəyanatı

Ermənistanın KTMT-dən mümkün çıxışı ilə bağlı bəyanatları suveren seçimdir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva Rusiya-Ermənistan münasibətlərinin pozulmayacağına ümid edir.

"Lakin Moskva ümid edir ki, heç bir müvəqqəti administrasiya bu ölkələr arasında münasibətləri pozmayacaq", - Rusiya XİN başçısı qeyd edib.

Sentyabrın 27-də Rusiya XİN sözçüsü demişdi ki, Vaşinqton və Brüssel İrəvana təsir edir ki, Ermənistan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq barədə qərar qəbul etsin.

"Daxil olan məlumatlara görə, Vaşinqton və Brüssel Ermənistan rəhbərliyini KTMT-dən çıxmağa, NATO ilə əməkdaşlığı sürətləndirməyə, hərbi-texniki əməkdaşlıq proqramını yenidən istiqamətləndirməyə və Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini nəzərə almadan sülh müqaviləsi imzalamağa inandırır", - deyə Zaxarova bildirmişdi.

Zaxarova deyib ki, Rusiya Ermənistanla müttəfiqlik münasibətlərinə həmişə hörmət ilə yanaşıb, onların kəskinləşməsinin təşəbbüskarı və səbəbkarı olmayıb və olmayacaq.

 

 

Teqlər