Okt 05, 2023 14:29 Asia/Baku
  • Putin: Rusiya İranla yaxşı münasibətləri inkişaf etdirəcək

Rusiya prezidenti deyib: "Bizim İranla çox yaxşı münasibətlərimiz var və biz bunu hər cür inkişaf etdirəcəyik".

"FARS" xəbər agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Soçidə etdiyi çıxışı zamanı bildirib ki, Rusiya tərəfi İranla yaxşı münasibətləri daha da inkişaf etdirmək niyyətindədir.

"Bizim İranla çox yaxşı münasibətlərimiz var və biz bunu hər cür inkişaf etdirəcəyik", - deyə Rusiya lideri qeyd edib.

Eyni zamanda o, Moskvanın İran kimi ölkələrdə uşaqların rus üsulları ilə tədris və tərbiyəsində rusdilli təhsil müəssisələrinin yaradılmasında maraqlı olduğunu vurğulayıb.

Putin deyib: "Bu, sözün ən yaxşı mənasında yumşaq gücdür, mədəniyyət və təhsil sistemlərinin yayılmasıdır".

Dövlət başçısı əlavə edib: "Rusiya ilk növbədə postsovet məkanı ölkələrində rus təhsilinə, dilinə və mədəniyyətinə marağı dəstəkləyir. Çünki bizim hələ də çox güclü əlaqələrimiz var".

Bundan əvvəl o da bildirilib ki, ilk rusiyalı turistlər İrana vizasız rejimlə gəliblər. Onlar gecəni respublikanın şimalındakı Babolsərədə keçiriblər.

Qeyd edək ki, sentyabrın 26-da Rusiya dövlət başçısı ilə iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub. Danışıqlar zamanı tərəflər Dağlıq Qarabağdakı vəziyyəti və İranın BRİKS dövlətlərarası assosiasiyası çərçivəsində fəaliyyətə cəlb olunmasını müzakirə ediblər. Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Teqlər