İki Rusiya diplomatı Amerikadan çıxarılıb
ABŞ dövlət departamenti bildirib ki, iki Rusiya diplomatını arzuolunmaz şəxs hesab edib və onlardan bu ölkə ərazisini tərk etmələrini istəyib.
ABŞ dövlət departamenti qeyd edibdir ki, iki Amerika diplomatının şübhəli surətdə Rusiya ərazisindən çıxarılmasına cavab olaraq, iki rus diplomatı «persona non qrata» kimi Birləşmiş Ştatlar ərazisindən çıxarmaq qərarına gəlib.
Keçən milad ayında Rusiya xarici işlər nazirliyi bildirdi ki, iki Amerika diplomatını arzuolunmaz şəxs hesab edibdir.
Nazirliyin bildirdiyinə görə, həmin iki Amerika diplomatının qanunsuz fəaliyyətlərdə əli olub. Onlar xarici dövlətlərə işləməkdə ittiham edilən Robert Şonov ilə əlaqədə olublar.
Rusiyanın Ukraynaya qarşı hərbi hücumundan sonra Qərb ilə Moskva arasında yaranan davamlı diplomatik savaş, Qərb ölkələrindən bir qrupunun Rusiya nümayəndələrini öz ərazisindən çıxarmasına səbəb olubdur. Əlbəttə ki, bu hərəkət Moskva tərəfindən cavabsız qalmayıbdır.