Moskva Cənubi Qafqazda gedən prosesləri nəzarətdə saxlayır
https://azeri.sahartv.ir/news/dünya-i404359-moskva_cənubi_qafqazda_gedən_prosesləri_nəzarətdə_saxlayır
Rusiya deyir ki, bölgədə sülhün vaxtıdır
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2023 12:11 Asia/Baku
  • Moskva Cənubi Qafqazda gedən prosesləri nəzarətdə saxlayır

Rusiya deyir ki, bölgədə sülhün vaxtıdır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, onun ölkəsi Cənubi Qafqazda etimadın möhkəmlənməsinə töhfə verməyə hazırdır.

Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin iki ölkənin suverenliyini qarşılıqlı şəkildə tanıdıqdan sonra dinc həyatın bərqərar olması və etimadı gücləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti də buna maksimum töhfə verməyə hazırdır.

Rusiya XİN rəhbəri Qərbi Cənubi Qafqazda vəziyyəti sabitliyi pozmaqda, Ermənistan və Azərbaycana vasitəçilik etməkdə ittiham edib.