Okt 13, 2023 19:33 Asia/Baku
  • Terror dövlətinin Livan və Qəzzədə ağ fosfordan istifadə etdiyi bildirilir

HRW: İsrail bununla beynəlxalq hüququn tələbini pozub

“Human Rights Watch” (HRW) insan haqları təşkilatı sionist rejim qüvvələrinin oktyabrın 10-da və 11-də Livan və Qəzzədəki hərbi əməliyyatlarda ağ fosfordan istifadə etdiyini bildirir.

Təşkilatın yaydığı açıqlamada deyilir ki, bu, təsdiqlənmiş video və şahid ifadələri əsasında müəyyən edilib. Ağ fosfor artilleriya mərmilərində, bombalarda və raketlərdə olur. Oksigenə məruz qaldıqda alovlanan kimyəvi maddədir. Kimyəvi reaksiya 815 dərəcə Selsi istiliyi yaradır. İnsan bədənini sümüyədək yandıra bilir və həmin yanıqlar çox gec sağalır.

HRW bildirir ki, Qəzzənin sıx məskunlaşma olan ərazilərində fosfordan istifadə beynəlxalq humanitar hüququn tələbini pozub. Belə ki, ağ fosfor mərmiləri məktəb, bazar, humanitar yardım anbarı və xəstəxana da daxil olmaqla, mülki tikililərə də ziyan vurub.

Təşkilat qeyd edir ki, İsrail daha öncə də Qəzzədə ağ fosfor silahlarından istifadə edib.

 

Teqlər