Okt 15, 2023 12:44 Asia/Baku
  • Metyu Miller: Bu xəbər dəqiq deyil

ABŞ Dövlət Departamenti Blinkenin Azərbaycanın tezliklə Zəngəzur mahalını işğal edə biləcəyi ilə bağlı qanunvericilərə xəbərdarlıq etməsi barədə xəbəri təkzib edib.

Politico nəşri keçən həftə iddia etmişdi ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin qanunvericilərlə görüşdə Azərbaycanın yaxın həftələrdə Ermənistana qarşı hücuma keçə biləcəyi ilə bağlı məlumat verib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Armenpress-ə verdiyi yazılı şərhdə bildirib ki, bu xəbər dəqiq deyil və Blinkenin qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir.

Miller deyib: “Birləşmiş Ştatlar Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Çünki onun suverenliyi və ərazi bütövlüyünün pozulması ciddi nəticələrə gətirib çıxaracaq”.

 

Teqlər