Sionist rejimin cinayətləri dövlətlər səviyyəsində də pislənilir
Kolumbiya İsrail səfirini qovur
Okt 17, 2023 13:14 Asia/Baku
İsrail səfiri Qali Daqan Kolumbiya hakimiyyətinə qarşı bəyanatlarına görə üzr istəməli və ölkəni tərk etməlidir.
Bunu Kolumbiyanın xarici işlər naziri Alvaro Leyva deyib.
Məlumata görə, səbəb sionist rejim ordusunun Qəzzə zolağında keçirdiyi əməliyyat fonunda ölkə prezidenti Qustavo Petro ilə səfir arasında yaranmış mübahisə olub. Petro əvvəlcə fələstinliləri dəstəklədiyini və israillilərin “yandırılmış torpaq taktikalarından” istifadə etdiyini söyləyib. Daqan bu açıqlamaları tənqid edib.
Qeyd edək ki, bundan əvvəl prezident Petro özü Kolumbiyanın İsraillə diplomatik münasibətləri dayandırmağa hazır olduğunu bildirmişdi.