Okt 17, 2023 13:39 Asia/Baku
  • Belçika-İsveç oyunu terror hücumuna görə, yarımçıq qaldı

İsveç və Belçika futbol komandalarının görüşü Brüssel şəhərində törədilən terror aktından və iki isveçli azarkeşin öldürülməsindən sonra yarımçıq qalıb.

Futbol üzrə Avropa Çempionatının seçmə oyunlarının yekun mərhələsinin altıncı həftəsi çərçivəsində/ yarışların yekun etapına çıxışını qətiləşdirmiş Belçika milli komandası dünən axşam öz evində İsveç yığması ilə qarşılaşıb.

Matç başlanmazdan öncə oyunun keçirildiyi stadiondan beş kilometr aralıda iki isveçli azarkeş atəşlə öldürülüb. Deyilənlərə görə, terror aktı İŞİD üzvlərindən biri tərəfindən törədilib.

Matçın birinci hissəsi bitdikdən sona sözügedən acı hadisədən xəbər tutan İsveç millisinin üzvləri Belçika yığmasının üzvlərilə koordinasiya ilə/ ikinci hissədə meydana çıxmamaq qərarına gəliblər.