ABŞ-ın İraqdakı Eynül-Əsəd bazası rake hücumuna məruz qalıb
Xəbər mənbələri ABŞ-ın İraqın qərbindəki Eynül-Əsəd bazasının müxtəlif silahlarla hədəfə alındığını bildirib.
"Əl-Məyadin" telekanalının məlumatına görə, ABŞ-ın İraqın Əl-Ənbar vilayətindəki Eynül-Əsəd bazası bazar günü raket hücumuna məruz qalıb.
Məlumata görə, raket hücumundan sonra Eynül-Əsəd bazasının içindən partlayış səsi eşidilib.
İraqdakı İslami Müqavimət şənbə günü də Eynül-Əsəd bazasında ABŞ qüvvələrinə raketlərlə hücumlar həyata keçirib.
Bundan əvvəl cümə axşamı İraq İslam Müqaviməti Eynül-Əsəd bazasını iki pilotsuz uçan aparatla hədəfə aldığını və hədəflərini birbaşa və dəqiqliklə vurduğunu açıqlayıb.
İraq müqaviməti, həmçinin ötən cümə axşamı və cümə günləri ABŞ-ın İraq Kürdüstanı bölgəsindəki Əl-Hərir bazasını da iki dəfə hədəfə alıb.
İraq müqaviməti bu əməliyyatların intensivləşəcəyi ilə bağlı xəbərdarlıq edib və ordu və təhlükəsizlik qüvvələrinə Amerika qüvvələrinin yerləşdiyi mərkəzlərdən uzaq durmağı tövsiyə edib.
Eyni zamanda, cümə axşamı günü ABŞ-ın Suriyanın şərqindəki hərbi bazaları da hədəfə alınıb.
İraq və Suriyadakı müqavimət qüvvələri fələstinli döyüşçülərin əməliyyatlarından sonra bir neçə dəfə amerikalı terrorçuların mövqelərini hədəfə alıblar.