Noy 07, 2023 12:28 Asia/Baku
  • Borrel: Yaxın Şərqdəki faciə Qərb diplomatiyasının mənəvi uğursuzluğudur

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi etiraf edib ki, Yaxın Şərqdəki faciə Qərb diplomatiyasının mənəvi uğursuzluğudur.

Cozep Borrel Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib: “Yaxın Şərqdəki faciə sülhə nail olmaq üçün səylərin göstərilməməsi nəticəsində Qərb diplomatiyasının mənəvi uğursuzluğudur”.

Borrel onu da vurğulayıb ki, İsrailin hərbi strategiyası beynəlxalq hüquqa əsaslanmalı, mülki əhalinin ölümü və əzabının mümkün qədər az olması prinsiplərinə hörmət edilməlidir. Çünki insan itkilərinə məhəl qoymamaq son nəticədə əks nəticə verə bilər.