Noy 19, 2023 19:37 Asia/Baku
  • Pakistan başdan-başa Fələstin oldu

Sionist rejimin Qəzzədə törətdiyi cinayətlərə qarşı bir daha böyük mitinq keçirən Pakistanın müsəlman xalqı məzlum Fələstin xalqına dəstək istiqamətindəki birliyini sərgiləyib.

Fələstinlə iri həmrəylik toplantısı bu gün axşam xalqın müxtəlif təbəqələrindən olan on minlərlə nəfərin iştirakı ilə Pakistanın Pəncab əyalətinin mərkəzi olan Lahor şəhərində keçirilib və Fələstin müqavimət cəbhəsinin tərəfdarları bir səslə sionistlərin cinayətlərinin durdurulmasını fəryad ediblər.

Bu anti-sionist və anti-Amerika mitinqi Pakistan İslami Camaat Partiyası və Mustafa(s.ə.s.) Ümmətinin Oyanış Hərəkatının təşəbbüsü ilə keçirilib.

«Ləbbeyk, ya, Əqsa!» və «Ləbbeyk, ya, Rəsulallah(s.ə.s.)!» fəryadları edən mitinq iştirakçıları Qüdsü işğal etmiş rejimin müdafiəsiz Qəzzə əhalisinə qarşı vəhşicəsinə bombardmanlarının davam etməsi qarşısında beynəlxalq təşkilatların susmalarına qarşı öz nifrət və hiddətlərini ifadə ediblər.

 

 

Teqlər