AMERİKA ÇİN SULARINDAN QOVULDU
Çin dəniz qüvvələri Cənubi Çin dənizinin Şişa adalarının yaxınlığında bu ölkənin ərazi sularına təcavüz edən Amerikanın idarəolunan raketlərlə təchiz edilmiş «USS Hopper» destroyerini bu bölgədən qovubdur deyə, Çin Ordusunun Cənub Döyüş Komandanlığının polkovniki Tyan Szyunli bir bəyanatda bildirib.
Çin ərazi sularına soxulması, Vaşinqtonun Cənubi Çin dənizini hərbiləşdirmək və dəniz hegemoniyası üzrə təmayülünü sübuta yetirən aşkar və möhkəm bir faktdır deyə, bəyanatda vurğulanır.
Bəyanatda sonra deyilir: Çin Ordusunun Cənub Döyüş Komandanlığının üçlü qüvvələrinin baş qərargahı təcavüzkar gəmiləri təqib edərək onlara nəzarət və xəbərdarlıq etmək üçün Cənubi Çin dənizində öz dəniz və hava qüvvələrini yerləşdirib.
Qərargah həm də hazır vəziyyəti qorumaqla Çinin milli suverenliyi, bölgənin təhlükəsizliyi, sülhü və stabilliyini qəti şəkildə qorumaq üçün bütün lazımi tədbirlər görüləcəyi vurğulanır.