Dek 02, 2023 15:14 Asia/Baku
  • İsrailə hansı bombaları hədiyyə etdiyi üzə çıxdı

Müdafiəsiz fələstinlilərin qanına susayan ABŞ işğalçı İsrail rejiminin ordusunu bunkerə qarşı bombalarla təchiz edib.

ABŞ mediası bu barədə Ağ Ev hökumətinin müqavimətlə qarşıdurma bəhanəsi ilə insanların öldürülməsi və Qəzzə zolağının daha da məhv edilməsi üçün sionist rejimə ən müasir dağıdıcı bombalar bağışladığını açıqlayıb.

“Voll Strit Jurnal” ABŞ rəsmisinə istinadla xəbər verir ki, ABŞ oktyabrın 7-dən İsrailə bunkerə qarşı bombalar və on minlərlə başqa növ silah və artilleriya mərmisi verib.

Mənbənin sözlərinə görə, təxminən 15 min bomba və 57 min artilleriya mərmisi də daxil olmaqla, silahların tədarükü oktyabrın 7-dən qısa müddət sonra başlayıb. Bu istiqamətdə ABŞ 100 ədəd BLU-109 bunker məhv edən bomba da tədarük edib.

Qəzzənin müdafiəsiz əhalisini öldürmək üçün ABŞ-ın sionist rejimə bunkerə qarşı bombalar bağışlamasının açıqlanması Ağ Evin cinayətlərdə şərikliyi və birbaşa iştirakını bir daha təsdiqlədi.

Voll Strit Jurnal İsrailin bu bombalardan Qəzzə zolağının şimalındakı Cibaliya düşərgəsini bombalamaq üçün istifadə etdiyini və nəticədə 100 Fələstin vətəndaşının ölümü ilə nəticələndiyini açıqlayıb.

Bu məlumatın yayılması Ağ Evin Qəzzədə humanitar atəşkəsi bərpa etməyə çalışdığını iddia etdiyi bir vaxta təsadüf edir.