Qatil Netanyahu məhkəməyə çıxarılır
Dek 04, 2023 11:51 Asia/Baku
Sionist rejimin korrupsioner və qatil baş naziri Benyamin Netanyahunun məhkəmə iclası davam edəcək.
İvrit dilli “İsrael Hayom” qəzeti İsrailin baş naziri Benyamin Netanyahunun korrupsiya ittihamı ilə məhkəməsinin Qəzzədə davam edən müharibəyə baxmayaraq davam edəcəyini açıqlayıb. Qeyd edək ki, bundan öncə terrorçu sionsit rejimin qatil baş naziri Benyamin Netanyahu ilə onun hərbi naziri Yoav Qalant arasındakı fikir ayrılıqları gündəmə gəlmişdi. Bu yaxınlarda isə, Qalant Netanyahu ilə Tel-Əvivdə birgə mətbuat konfransı keçirməkdən imtina etdiyi bildirilir.