Senatorlardan Konqresə çağırış:
“Ermənistana təhlükəsizlik yardımı göstərilsin!”
60 senator ABŞ hökumətini Ermənistana təhlükəsizlik yardımı etməyə çağırıb.
Senatorlar konqres liderlərindən istəyiblər ki, Ermənistana təhlükəsizlik yardımı göndərilsin və Qarabağı tərk etmiş köçkünlər üçün əlavə yardım göstərilsin.
Senator Padilya iddia edib ki, Laçın dəhlizinin blokadaya alınması və sonra Azərbaycanın Dağlıq Qarabağa hərbi hücumu nəticəsində dəhşətli humanitar böhran yaranıb və 100 000-dən çox etnik erməni öz evlərini tərk etməyə məcbur edib. ABŞ bu fövqəladə vəziyyətin həlli üçün addım atmalıdır.
ABŞ qanunvericilərinin məktubunda həmçinin deyilir: “Biz Azərbaycanın Ermənistanın suveren ərazisini işğal edərək təcavüzünü davam etdirəcəyindən xüsusilə narahatıq. Xüsusilə də Əliyev bu yaxınlarda Ermənistanın cənubunu Qərbi Azərbaycan adlandırıb”. Onlar vurğulayırlar ki, Azərbaycanın gələcək təcavüzünün qarşısını almaq və ermənilərə öz demokratiyalarını müdafiə etmək imkanı vermək üçün ABŞ rəhbərliyinə ehtiyac var.