Dek 09, 2023 12:19 Asia/Baku
  • İsrail beynəlxalq hüquqa məhəl qoymadan işğalını 4 dəfə artırıb

İsrail bir tərəfdən beynəlxalq hüquqa görə ona aid olmayan torpaqları zəbt edib, digər tərəfdən bütün dünyaya sülh iddiası irəli sürə bilməz. Bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Avropa Birliyinin diplomatı sionist rejimin işğalçılıq siyasətləri və fələstinlilərə qarşı cinayətləri əleyhinə tədbirlərin görülməsini vacib hesab edib:

“Gələn bazar ertəsi keçiriləcək AB-nin Xarici Əlaqələr Şurasında üzv dövlətlərə fələstinlilərə zorakılıq edənlərə qarşı tədbir görməyi tövsiyə edəcəyəm”, - Borrell bildirib.

AB rəsmisi eyni zamanda qeyd edib ki, Avropa İsrailə qarşı səsini ucaltmalıdır:

“Ümid edirəm ki, Qəzza zolağında fələstinlilərə qarşı zorakılığın dayandırılması üçün tədbirlər görəcəyik. 30 il əvvəl Oslo sazişinin imzalanmasına baxmayaraq, İsrail beynəlxalq hüquqa məhəl qoymadan işğalını 4 dəfə artırıb”.

Beynəlxalq ictimaiyyətin sionist rejimin Qəzzədə davam etdirdiyi cinayətlərə qarşı son dərəcə hiddətləndiyini nəzərə alan Avropa rəsmisi və bəzi qərb dövlətləri, sionist rejimin cinayətləri və işğalçılığına ara-sıra etiraf etməli olurlar. Bu etiraf üçün 18 minə qaxın fələstinli sionist cinayətkarlar tərəfindən qırğın edilməli idi.