Dek 09, 2023 14:17 Asia/Baku
  • Paris İrəvana yardımlarını davam etdirir

Paris İrəvana daha 15 milyon avro təcili humanitar yardım ayıracaq. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin kommünikesində deyilir.

“Fransa Ermənistanı və erməni xalqını dəstəkləməkdə davam edir. Noyabrın 30-da parlament Ermənistana və “Dağlıq Qarabağ qaçqınları”na təcili olaraq 15 milyon avro ayrılmasını təsdiqləyib”, - mətndə bildirilib.

Beləliklə, Fransanın Ermənistana ayırdığı yardımın həcmi 27,5 milyon avroya qalxıb.

30 il müddətində Minsk qrupu çərçivəsində Azərbaycan ilə Ermənistan arasında vasitəçilik missiyasına malik olan Fransa daima Azərbaycan ərazilərinin işğalına son qoyulmasına mane olmuşdur. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdə, xüsusiylə 19 sentyabrda separatçıların fəaliyyətinə son qoyduqda Fransa artıq Azərbaycana qarşı açıq düşmənçilik siyasəti nümayiş etdirməkdədir. Fransa bundan öncə İrəvana hərbi dəstək vermək niyyətini açıqlamışdı və Gürcüstan yolu ilə Ermənistana silah da göndərmişdi. Fransanın Cənubi Qafqazdakı mövqeyi Avropa qurumları və digər qərb dövlətləri tərəfindən də dolayısı ilə muşahidə olunmaqdadır.