Oxfam:
ABŞ-ın insan haqları haqda etimad tabutuna daha bir mismar çaxıldı
Xeyriyyə və humanitar məsələlər sahəsində dünyanın ən nüfuzlu və böyük beynəlxalq təşkilatlarından biri olan Oxfam BMT Təhlükəsizlik Şurasının Qəzzədə atəşkəsin bərqərarına dair qətnamə qəbul etməməsinə reaksiya verib.
Bu təşkilatın baş direktoru Co Bayden administrasiyasının beynəlxalq konsensusa əsaslanan qlobal nizamın qorunması haqqında həmişə göstərmək istədiyi etibarını nümayiş etdirmək üçün vacib bir fürsəti əldən verdiyini deyib.
Oxfam-ın baş direktoru Abby Maksman yayımladığı bəyanatda bildirib ki, artıq bütün dünya Qəzzada dəhşətli qırğınlara son qoymağa və bütün diqqətini əsirlərin azad edilməsinə və fələstinlilərin yaşamını geri qaytarmağa hazırdır.
O, bu bəyanatın davamında, Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyulmasını Amerikanın insan haqları sahəsində etimadının tabutuna daha bir mismar çaxıldığını deyib.
Abby Maksman həmçinin Ağ Evin bu qasırğalı böhrana son qoymaq üçün öz təsir gücündən istifadə etməli olduğu yerdə büdrədiyinə inandığını söyləyib.
Oxfam-ın baş direktoru daha sonra bildirib ki, beynəlxalq ictimaiyyət Qəzzədə baş verənlər kimi gələcək sarsıdıcı və məhvedici mühasirədən canını xilas etmək üçün bir araya gəlməlidir.