Dek 09, 2023 18:40 Asia/Baku
  • Borrel: İsrail ona aid olmayan torpaqları işğal edib

İsrail beynəlxalq hüquqa görə ona aid olmayan torpaqları zəbt edib, dünyaya sülh iddiası irəli sürə bilməz.

Bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel deyib.

O bildirib ki, gələn bazar ertəsi keçiriləcək Aİ-nin Xarici Əlaqələr Şurasında üzv dövlətlərə fələstinlilərə zorakılıq edənlərə qarşı tədbir görməyi tövsiyə edəcəkdir.

Aİ rəsmisi eyni zamanda qeyd edib ki, Avropa İsrailə qarşı səsini ucaltmalıdır: “Ümid edirəm ki, Qəzzə zolağında fələstinlilərə qarşı zorakılığın dayandırılması üçün tədbirlər görəcəyik. 30 il əvvəl Oslo sazişinin imzalanmasına baxmayaraq, İsrail beynəlxalq hüquqa məhəl qoymadan işğalını 4 dəfə artırıb”, - deyə Borrel vurğulyıb.