Dek 14, 2023 15:49 Asia/Baku
  • “Sionizm icad olunmazdan əvvəl biz Fələstində dinc yaşayırdıq”

Yəhudi ravvin vurğulayıb ki, sionizm icad olunmazdan əvvəl yəhudilər Fələstində müsəlmanlarla sülh şəraitində yaşayırdılar.

Anadolu xəbər agentliyinin məlumatına görə, işğal əleyhdarı olan amerikalı ravvin David Feldman İstanbulda keçirilən “Fələstin üçün Avropa Zirvəsi” adlı tədbirin kənarında deyib ki, dünyada bir çox yəhudi İsrailin Fələstin xalqına qarşı cinayətlərinə qarşıdır.

Anti-sionist yəhudi hərəkatının üzvü olan Feldman yəhudilik və sionizm arasındakı fərqə toxunaraq deyib: “Sionizm yəhudi dininin nümayəndəsi deyil, sadəcə olaraq etnik mənsubiyyətlə əlaqəli siyasi bir hərəkatdır, təəssüf ki, bəzi insanlar ikisinin eyni şey olduğunu və bütün yəhudilərin İsraili dəstəklədiyini düşünürlər, amma həqiqət belə deyil”.