Məşhur analitik Yəmənin İsrailə qarşı əməliyyatlarına ABŞ-ın cavab verməməsinin sirrini açdı
Ağ Ev regiondakı bazalarının vurula biləcəyindən ehtiyatlanır
Tanınmış fələstinli analitik vurğulayıb ki, Yəmən ordusunun sionist rejimin mövqeləri və gəmilərinə qarşı əməliyyatları ABŞ tərəfindən cavabsız qalıb və Birləşmiş Ştatların buna cəsarəti çatmır.
“Rəy-əl-Youm” qəzetinin baş redaktoru Abdülbari Atvan Qəzzə müharibəsi ilə bağlı yeni köşə yazısında bildirib ki, Yəmən silahlı qüvvələri cəsarətli addım ataraq sionist rejimin mövqelərinə qarşı əməliyyatlarını intensivləşdirir. Bunun nəticəsində gəmilərin işğal altındakı Fələstinə doğru hərəkətində ciddi problem yaranıb.
Ətvan əlavə edib: “Ənsarullah hərəkatı və onun Sənadakı hökuməti müqavimətə və Qəzzə xalqına ən güclü dəstəyi verərək Amerika və İsrailin iki milyon fələstinliyə qarşı başlatdığı soyqırım və etnik təmizləmə müharibəsinə qarşı dayandı. Hazırkı dəniz blokadası, praktiki olaraq Bab əl-Məndəb boğazını və bütün Qırmızı dənizi təkcə İsrail gəmiləri üçün deyil, işğal olunmuş Fələstinin limanlarına gedən istənilən bütün ticarət gəmiləri üçün bağlamaq deməkdir”.
Fələstinli analitik vurğulayıb ki, bu gün Fələstin davası bütün yəmənlilər üçün ən müqəddəs işdir və şübhəsiz ki, Yəmənin əksər şəhərlərində milyonlarla insanın Fələstinə dəstək nümayişləri bu mövzuda ən bariz dəlillərdən biridir.
Müəllif hesab edir ki, ABŞ yəmənli mübarizlərdən ehtiyatlanır və onun bu davranışının səbəbi ilk növbədə indiki çaşqınlıq vəziyyətini gizlətməsi ola bilər və Ağ Ev bəlkə də hər hansı cavab reaksiyasının xoşagəlməz nəticələrdən narahatdır. Məhz buna görə də Amerika sionist rejimdən İsrail gəmisinin Yəmən silahlı qüvvələri tərəfindən ələ keçirilməsinə cavab vermək üçün təhdidlərini yerinə yetirməməsini istəyib və əlbəttə ki, bu təhdidlərin əbəs olduğu hər kəsə məlumdur.
Bu məqaləyə əsasən, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Bayden və Avropa liderlərindən Yəmənin İsrailə qarşı dəniz blokadası ilə bağlı lazımi tədbirlər görmələrini və bu blokadanı yarmalarını rəsmi şəkildə xahiş edib. Lakin bir şey aydındır ki, ABŞ hökuməti Yəmənə qarşı hər hansı təcavüzə əl atacağı təqdirdə, minlərlə əsgərinin yerləşdiyi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətərdəki amerikan hərbi bazalarının dərhal yəmənlilər tərəfindən raketlərlə hədəfə alınacağına əmindir.