Dek 15, 2023 14:50 Asia/Baku
  • Quterreş Qəzzədə atəşkəs istəyib

BMT baş katibi Qəzzə müharibəsi barədəki yeni hesabatında sionist rejimin Qəzzəyə qarşı hücumlarından irəli gələn dağıntılar və tələfatın miqyası və şiddətindən dəhşətə gəlib və təcili atəşkəs istəyibdir.

Hesabatda İsrail rejiminin fələstinli mülkilərə qarşı zorakılıqları və yeni qanunsuz sionist qəsəbələrin salınması barədə detallar təqdim edilib.

Antonio Quterreşin on beş səhifəyə yaxın olan hesabatında deyilir: İsrailin Həmas-a qarşı hərbi kampaniyası, Qəzzədəki dağıntılar və tələfatın miqyası görünməmiş tərzdə olub, dözülməzdir.

O, qeyd edibdir ki, İsrail rejiminin öz hava hücumlarında BMT təsisatları və xəstəxanalar da daxil olmaqla mülki infrastrukturları, həmçinin yardım qruplarının işçiləri, müalicə kadrı və jurnalistlər kimi qorunan şəxsləri hədəfə alması onu dəhşətə gətiribdir.

Quterreş hesabatda həmçinin yazıb: İsrail işğal olunmuş Fələstin ərazilərindəki qanunsuz sionist qəsəbələr salmaq işini cari ilin sentyabrından dekabrınadək davam etdirib. İsrail rejiminin başçıları fələstinlilərin ərazilərində qanunsuz tikinti işləri üçün azı min beş yüz  lisenziya veriblər.

BMT baş katibi hesabatın sonunda bir daha Qəzzədə humanitar atəşkəs istəyib.