Dek 18, 2023 12:53 Asia/Baku
  • Roma Papası: İsrail terror törədir

Dünya katoliklərinin dini lideri qaniçən İsrail rejimini qınayıb.

Roma Papası Fransisk Təl-Əviv rejiminin Qəzzədə terror taktikalarından istifadə etdiyi, o cümlədən İsrail hərbçilərinin kilsə binasına sığınan iki xristian qadını öldürməsi xəbərindən təəssüfləndiyini bildirib.

Papa deyib: “Qəzzədən çox ciddi və ağrılı xəbərlər almağa davam edirəm. Silahsız mülki şəxslər bomba və atışmaların hədəfindədir. Bu, hətta ailələrin, uşaqların, xəstələrin, əlillərin, rahibələrin olduğu kilsə kompleksində baş verib. Bəziləri deyəcək: Bu, müharibədir. Lakin İsrailin terrorla məşğul olması heç kəsə sir deyil”.