ABŞ İrana qarşı düşmənçilik siyasətini davam etdirir
ABŞ hökuməti İran İslam Respublikasına qarşı düşmənçilik siyasətini davam etdirərək, İran PUA istehsalı ilə bağlı şirkətlərə sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyi çərşənbə axşamı elan edib ki, bu sanksiyalar İran və İndoneziyada 4 hüquqi şəxsə və eləcə də İran, İndoneziya, Malayziya və Honq Konqda 10 şirkətə şamil edilir.
ABŞ Maliyyə Nazirliyinin iddiasına görə, Ameriak Ədliyyə, Daxili Təhlükəsizlik Departamenti və ABŞ Maliyyə Nazirliyi tərəfindən bu mənfur addımın atılması "İslam İnqilabı Keşikçiləri Korpusunun pilotsuz təyyarələrin istehsalına kömək etmək üçün beynəlxalq təchizat mexanizmini pozmaq" məqsədi daşıyır.
Qeyd edək ki, ABŞ son qırx ildə İran İslam Respublikasına qarşı ən geniş sanksiyalar, hərbi təhdidlər, siyasi və diplomatik təxribatlara yol açmaqla yanaşı yumuşaq müharibə kimi müxtəlif üsullarla ən mənfur planlara əl atmışdır.