Dek 23, 2023 18:52 Asia/Baku
  • UNİCEF Qəzzədə qida çatışmazlığı haqda xəbərdarlıq edib

BMT-nin uşaq fondu- YUNİSEF(UNICEF), Qəzzədə kəskin qida çatışmazlığından xəbər verib.

YUNİSEF-in məlumatında deyilir ki, Qəzzədəki uşaqların səksən faizindən çoxu sözügedən problemdən əziyyət çəkir. YUNİSEF Qəzzə zolağındakı uşaqların fəlakətli və acınacaqlı durumu haqda xəbərdarlıq edib.

BMT-nin uşaq fondu həmçinin bildiribdir ki, Qəzzədə beş yaşınadək olan minlərlə uşaq pis qidalanma səbəbindən şəhid ola bilər.

Təşkilatın bəyanatında deyilir ki: Bu qəbuledilməz təhlükə Qəzzə zolağındakı səhiyyə və qida sistemlərinin tam dağılmanın şahidi olduqları bir zamanda baş verir.