Reuters: Ər-Riyad Tehranla münasibətləri saxlamağı üstün tutur
https://azeri.sahartv.ir/news/dünya-i406833-reuters_Ər_riyad_tehranla_münasibətləri_saxlamağı_üstün_tutur
Səudiyyə Ərəbistanının Qırmızı Dənizdə ticarət gəmilərini qorumaq üçün ABŞ-ın rəhbərlik etdiyi yeni dəniz koalisiyasında iştirak etməməsi Ər-Riyadın Tehranla əlaqələri saxlamaq istəyinin nəticəsidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2023 10:38 Asia/Baku
  • Reuters: Ər-Riyad Tehranla münasibətləri saxlamağı üstün tutur

Səudiyyə Ərəbistanının Qırmızı Dənizdə ticarət gəmilərini qorumaq üçün ABŞ-ın rəhbərlik etdiyi yeni dəniz koalisiyasında iştirak etməməsi Ər-Riyadın Tehranla əlaqələri saxlamaq istəyinin nəticəsidir.

Reuters Xəbər Agentliyinin təhlilində deyilir: “Çox qəribədir ki, Səudiyyə Ərəbistanının adı ABŞ-ın rəhbərlik etdiyi yeni dəniz koalisiyasının ölkələri siyahısında yer almayıb və bu, bir çox ekspertləri heyrətləndirib”

Reuters-in təhlilinə əsasən, Səudiyyə ordusu Amerika silahları ilə təchiz olunub, Ər-Riyad 9 ilə yaxın Yəmən husiləri ilə döyüşüb və ölkə idxalının 36%-i Qırmızı Dənizdən olan limanlarına əsaslanır, lakin bütün bunlara baxmayaraq, Ər-Riyad və onun husilərlə müharibə zamanı müttəfiqi olan BƏƏ, ABŞ-ın Qırmızı Dənizdəki yeni dəniz koalisiyasında iştirak etməkdə maraqlı olmadıqlarını bəyan ediblər. Belə görünür ki, Qırmızı Dənizdəki yeni Amerika dəniz ittifaqında Ərəbistanın yer almamasının əsas səbəbi Ər-Riyadın bu dəniz ittifaqında iştirakının onun Tehranla münasibətlərinə xələl gətirəcəyindən, Ər-Riyadın uzunmüddətli strateji hədəf kimi izlədiyi “bu ölkənin İranla gərginliyin azaldılması prosesi”nə mənfi təsir göstərəcəyindən narahat olmasıdır.