Rusiyanın Ukraynadakı hərbi əməliyyatı şiddətlənəcək
Ukraynanın Rusiyanın Belqorod şəhərinə qarşı ölümcül hücumundan sonra Rusiya prezidenti bildiribdir ki, bu ölkənin Ukraynadakı hərbi əməliyyatı şiddətlənəcək.
Ukraynanın şənbə günü Rusiyanın Belqorod şəhərinə qarşı raket hücumu nəticəsində iyirmi dörd nəfər ölüb, yüz səkkiz nəfər isə yaralanıbdır.
Dünən sözügedən hücumu terror hücumu adlandıran Rusiya prezidenti Vladimir Putin bildiribdir ki, bu ölkə hərbi obyektləri hədəfə alır və bu işi davam etdirəcək.
Rusiya mülki obyektlərə hücum etmir- deyən Putin vurğulayıbdır ki, mülkilərə qarşı heç bir cinayət cəzasız qalmayacaqdır.
Ukrayna müharibəsi bütün geniş siyasi, hərbi, iqtisadi, ictimai və hətta mədəni nəticələri ilə özünün iyirmi üçüncü ayını keçirir və Qərb ölkələrinin Ukraynaya silah göndərişləri davam etməkdədir.
Rusiya dəfələrlə bildiribdir ki, Qərb silahlarının Ukraynaya göndərməsi yalnız bu ölkədə münaqişənin uzanmasına bais olacaq və gözlənilməz nəticələrə gətirib çıxaracaq.