Rusiya prezidenti Kerman şəhərində törədilən terror aktına münasibət bildirib
Putin: Mülki şəxslərin qətli qəddarlıq və şok edicidir
Rusiya prezidenti İranda baş verən partlayışı qəddar terror aktı adlandırıb.
Vladimir Putin terrorizmin bütün formalarını pisləyib və Kermandakı terror aktı ilə bağlı İran rəhbərliyinə başsağlığı verib. TASS-ın Kremlin saytına istinadən verdiyi xəbərə görə, Rusiya dövlət başçısı İran İslam Respublikasının Ali Rəhbəri Həzrət Ayətullahül-üzma Xamneiyə və İran prezidenti Seyid İbrahim Rəisiyə məktub göndərərək, Kirman şəhərindəki terror aktının faciəvi nəticələri ilə əlaqədar dərin hüznlə başsağlığı verib.
“Məzarı ziyarət edən mülki şəxslərin qətli qəddarlığı və kinsizliyi ilə şok edicidir”, - deyə Putin vurğulayıb.
Rusiya lideri əlavə edib: “Biz terrorizmi bütün forma və təzahürlərində qətiyyətlə pisləyirik və bu şərlə barışmaz mübarizəyə sadiqliyimizi bir daha təsdiqləyirik”.