Yan 15, 2024 16:29 Asia/Baku
  • Portuqaliya xalqı fələstinlilərə dəstək aksiyası keçirib

Amerika prezidentinin sionist rejimə dəstək verməsinin genişlənməsilə bir zamanda, Portuqaliya xalqı Lissabonda ABŞ səfirliyinin qarşısında aksiya keçirib.

Dünən Həmas-sionist rejim müharibəsinin yüzüncü günündə bir neçə min nəfər Portuqaliyanın paytaxtı Lissabonda aksiya keçirib və Qəzzədə atəşkəs istəyib.

Aksiyaçılar sonra sionist rejim səfirliyinə doğru yürüş keçiriblər və bu aksiya orada başa çatıb.

Etirazçılar/ Fələstini azad edin və Sülhə-bəli, müharibəyə-yox şüarları verirdilər.

Qəzzənin səhiyyə rəsmiləri deyirlər ki, müharibənin bu bölgədə törətdiyi tələfatın sayı iyirmi üç min nəfəri ötüb keçibdir. Bu da Qəzzə zolağı əhalisinin sayının təqribən bir faizinə bərabərlik edir.

Daha minlərlə nəfər isə ya itkin düşüb, yaxud da yaralanıbdır.

Bu fələstinli bölgənin əhalisinin səksən faizi də didərgin düşübdür.