Yan 18, 2024 16:24 Asia/Baku
  • Pakistan prezidenti İrana mesaj verdi

“Tehran və İslamabad arasında məsələlərin həlli diplomatiyadan keçir”

Pakistan İslam Respublikasının prezidenti bu ölkə ilə İran İslam Respublikası arasında qardaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, ortaq problemlərin öhdəsindən gəlmək üçün diplomatiya və danışıqlardan istifadə etməyin vacibliyini bəyan edib.

Pakistan Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Arif Ələvi bir bəyanat yayaraq, terrorizmin ortaq problem olduğunu və onunla mübarizənin region və dünyada kollektiv əməkdaşlıq tələb etdiyini vurğulayıb.

O, bildirib ki, Pakistanın İranla çoxillik və qardaşlıq əlaqələri var, ona görə də iki ölkə məsələlərin həlli üçün diplomatiya və dialoq qapısını açıq saxlamalıdırlar.

Pakistan prezidenti qeyd edib ki, rəsmi İslamabad bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir.

 

Teqlər