Yan 19, 2024 14:28 Asia/Baku
  • NATO özünün ən iri hərbi təlimlərini keçirməyə hazırlaşır

Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun baş komandanı bildiribdir ki, qarşıdakı günlərdə doxsan minə yaxın qüvvənin iştirakı ilə, bu hərbi blokun son onilliklərdəki ən iri hərbi təlimləri keçiriləcək.

Kristofer Kavoli qeyd edibdir ki, “Sabit Müdafiəçi 2024” hərbi təlimləri gələn həftədən başlanıb, may ayınadək, yəni üç aydan çox müddətə davam edəcək.

Bu amerikalı general NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin ikigünlük iclası bitdikdən sonra əlavə edib: NATO öz qüvvələrini Şimali Amerikadan Atlantik Okeanının şərq sahilinə köçürmək yolu ilə Avropa-Atlantik Okeanı hövzəsini gücləndirmək üzrə bacarığını sərgiləyəcək.

Min doqquz yüz səksən səkkizinci ildən, yəni soyuq müharibə dövründən bəri ən böyük hərbi təlim sayılan qarşıdakı hərbi təlimlərin keçirilməsi fonunda qeyd edək ki, bu hərbi təşkilat Rusiyanın Ukraynaya qarşı müharibəsinin ardınca öz müdafiə sistemini bərpa etməyi planlaşdırır.